Bank Of Baku

BMT baş katibi: “Qaçqınların öz yurd-yuvalarına dönməsini təmin etmək üçün münaqişələrin nizama salınmasında səylərimizi gücləndirməliyik”

BMT baş katibi: “Qaçqınların öz yurd-yuvalarına dönməsini təmin etmək üçün münaqişələrin nizama salınmasında səylərimizi gücləndirməliyik”
# 16 iyun 2010 12:14 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Qaçqınların öz yurd-yuvalarına dönməsini təmin etmək üçün münaqişələrin nizama salınmasında səylərimizi gücləndirməliyik”. APA-nın məlumatına görə, bu barədə BMT-nin Baş katibi Ban Gi Munun Ümümdünya Qaçqınlar Günü münasibətilə müraciətində deyilir. Baş katibin müraciətində qeyd edilib ki, öz evlərinə geri dönmək imkanına malik olan qaçqınların sayı azalır: “2005-ci ildə bir milyondan artıq insan könüllü olaraq öz ölkələrinə geri dönmüşdür. Keçən il isə son iyirmi ildə ən aşağı rəqəm - yalnız 250 000 insanın doğma yurdlarına dönməsi qeydə alınıb. Buna səbəb Əfqanıstan, Konqo Demokratik Respublikası və Sudanın cənub hissəsində davam edən uzunmüddətli qeyri-sabitlikdir”.
Bildirilib ki, bu il qaçqınlar gününün mövzusu “Ev”-dir: “Bu ad dünyanın hər bir yerindən olan 15 milyon qaçqının acı taleyini bir daha əks etdirir. Münaqişə və təqib üzündən yurd-yuvasından didərgin düşmüş bu insanların dörddə üçü inkişaf etməkdə olan ölkələrdə məskunlaşıblar”.

BMT-nin baş katibi qaçqınların öz yurd-yuvalarına dönməsini təmin etmək üçün hökumətləri sıx əməkdaşlığa, münaqişələrin nizama salınmasında səyləri gücləndirməyə çağırıb.

Qeyd edək ki, iyunun 20-si Ümumdünya qaçqınlar günü kimi qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR