Bank Of Baku

Prezident Kitabxanasında Tarix İnstitutunun Azərbaycan tarixinə dair nəşr etdirdiyi kitabların elektron versiyaları hazırlanıb - FOTO

Prezident Kitabxanasında Tarix İnstitutunun Azərbaycan tarixinə dair nəşr etdirdiyi kitabların elektron versiyaları hazırlanıb - <font color=red>FOTO</font>
# 16 iyun 2010 12:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun son illərdə Azərbaycan tarixinə dair nəşr etdirdiyi kitabların sərgisi və elektron versiyalarının təqdimatı keçirilib. APA-nın məlumatına görə, kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, institutun 2004-cü ildən bu günə kimi Azərbaycan tarixinə aid nəşr etdirdiyi 100-dən çox kitabın elektron variantı hazırlanıb və kitabxananın saytında yerləşdirilib.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov kitabların elektron variantının hazırlanmasını çox böyük və vacib hadisə adlandıraraq deyib ki, tarixçi alimlərin gördükləri çox çətin iş üçün bundan artıq mükafat ola bilməz: «Bu gün dünyada birinci və ikinci dünya müharibəsindən daha dəhşətli informasiya müharibəsi gedir. Dünya Azərbaycana qarşı ədalətsiz və haqsız müharibə aparır, amma Azərbaycan bu müharibədə qələbə çalacaq».

O, Azərbaycan tarixi, o cümlədən Qarabağ və Naxçıvanın tarixi ilə bağlı çox adda kitabların nəşr olunduğunu, həmin kitabların elmi faktlara əsaslandığı üçün ermənilərin onlara qarşı mənfi rəylə çıxış edə bilmədiklərini söyləyib: «Müstəqil Azərbaycan tarixi torpaqlarının beşdə birində yaranıb. Azərbaycanın heç bir ərazi iddiaları yoxdur. Amma itirilmiş torpaqların tarixini yazmağa hüququ var”.
Y. Mahmudov rəhbərlik etdiyi institutda Dərbənd və Borçalı tarixi şöbələrinin yaradıldığını da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR