Bank Of Baku

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt və Gəncədəki şadlıq evlərində yoxlamalar aparır

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt və Gəncədəki şadlıq evlərində yoxlamalar aparır
# 16 iyun 2010 13:02 (UTC +04:00)
Mərkəzin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, yoxlamalar yerli şöbələr tərəfindən həyata keçirilir.
Onun sözlərinə görə, yoxlamalar zamanı şadlıq evlərindəki məhsullarda bəzi hallarda 3, 5, 7% bakterioloji baxımdan normadan kənara çıxma hallarının olduğu müəyyənləşib: “Əksər şadlıq evlərində tədbirlər tez-tez olduğu üçün təmizlik də yaxşı olur. Kiçik şadlıq evlərindən götürülmüş nümunələrdə isə bağırsaq çöpləri aşkarlanıb”.
İ. Abdullayev deyib ki, şadlıq evlərində əvvəlcədən hazırlanan məhsullara, o cümlədən salatlara nəzarət etmək mümkün olsa da, ziyafət başlayandan sonra süfrələrə qoyulan nümunələrin yoxlanılması bir qədər çətinlik yaradır. Onun sözlərinə görə, bununla yanaşı, toylarda istifadə edilən tortların, dondurmaların, spirtli və spirtsiz içkiləri də yoxlamaq çətindir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR