Bank Of Baku

Prezident Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında sərəncam imzalayıb

Prezident Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında sərəncam imzalayıb
# 16 iyun 2010 20:28 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası prezidenti İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında sərəncam imzalayıb. Bu barədə APA «Azərtac»a istinadən məlumat verir.

Sərəncama əsasən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin binasının əsaslı təmiri və yenidən qurulması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3 milyon manat məbləğində vəsait ayrılacaq.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR