Bank Of Baku

Güclü külək Balakən rayonunda bir sıra fəsadlar törədib

Güclü külək Balakən rayonunda bir sıra fəsadlar törədib
# 17 iyun 2010 09:46 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Azərbaycanın Balakən rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib. APA-nın yerli bürosunun məlumatına görə, ötən gün axşam saat 21.00 radələrindən başlayaraq, respublikanın şimal-qərb bölgəsinin Balakən və Zaqatala rayonlarının ərazisinə qısa müddətli güclü külək əsib, yağış və dolu düşüb. Qeyri-sabit hava şəraiti Balakən rayonunun Qabaqçöl qəsəbəsində, Talalar, Gərəkli və Tülü kəndlərinin ərazilərində daha çox müşahidə olunub.
Balakən rayon Fövqaladə Hallar Komosiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, yuxarıda adı çəkilən kəndlərin ərazisinə qisa müddətli dolu yağıb. Külək nəticəsində bir sıra yerlərdə ağaclar qırılıb, elektirik dirəkləri aşıb. Hazırda həmin kəndlərə elektirik enerjisinin verilməsində fasilə yaranıb. Balakən rayon Paylayıcı Elektirik Şəbəkəsinin əməkdaşları baş verən fəsadları aradan qaldırılması istiqamətində işlər aparır. Günün sonuna kimi kəndlərə elektirik enerjisinin verilməsinin bərpa ediləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR