Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondundan məcburi köçkünlər üçün əlavə vəsaitin ayrılacağı gözlənilir

Azərbaycan Dövlət Neft Fondundan məcburi köçkünlər üçün əlavə vəsaitin ayrılacağı gözlənilir
# 17 iyun 2010 09:52 (UTC +04:00)
APA-nın məlumatına görə, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, bu il Dövlət Neft Fondundan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 80 mln. manat ayrılıb. Lakin fondan əlavə vəsaitin ayrılacağı da güman edilir və bu il həmin məqsəd üçün ayrılan vəsaitin ümumi həcminin 100 mln. manatdan yuxarı olacağı gözlənilir.

Ə.Həsənov bildirib ki, yay düşərgələri, pansionatlar, sanatoriyalar, bağçalarda məskunlaşan köçkünlərin köçürülməsi dövlət proqramında nəzərdə tutulur və bu proses tədricən həyata keçirilir: «Çadır şəhərcikləri dözülməzliyinə görə prioritet olduğu üçün ilk növbədə çağır şəhərcikləri ləğv edilib. Fəaliyyətdə olan hərbi hissələrdə köçkünlərin yaşaması da yolverilməzdir. İstismar müddəti 5-6 il olan fin qəsəbələrində köçkünlər 17-18 ildir ki, məskunlaşıblar. Məktəb binalarının yarısında dərsin keçirilməsi, yarısında isə köçkünlərin yaşaması dözülməzdir. Ona görə də ikinci mərhələdə bu yerlər seçilib. Ölkə prezidenti tələbə şəhərciyindəki yataqxanalardakı köçkünlərin köçürülməsi barədə tapşırıq verib. Bu proses tədricən həyata keçirilir».

Ə.Həsənov köçürülmə zamanı bütün köçkünlərin istəyinin nəzərə alındığını da söyləyib. Amma o, bu il bütün yataqxanalardakı köçkünlərin köçürülməsi barədə yayılan məlumatları da təkzib edib: «Bu, böyük məsələdir. Hələ biz yalnız torpağı götürmüşük. Bundan sonra layihələşdirmə aparılmalıdır və vəsait ayrılmalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR