Bank Of Baku

Dövlət Komitəsinin sədri: “Müharibə Azərbaycana 60-70 milyard manat ziyan vurub”

Dövlət Komitəsinin sədri: “Müharibə Azərbaycana 60-70 milyard manat ziyan vurub”
# 17 iyun 2010 10:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, müharibənin Azərbaycana vurduğu ziyan Ermənistana vurulan ziyandan yüz dəfələrlə çoxdur.

Komitə sədri deyib ki, 5-6 il əvvəl Azərbaycandan köçən ermənilər onlara ziyanın dəyməsi iddiası ilə Avropa Məhkəməsinə şikayət ediblər. Bunu görən Azərbaycan qaçqınları və köçkünləri də həmin quruma müraciət ünvanlayıblar: “Avropa Məhkəməsi bu məsələlərə baxmağa başlamışdı. Amma görünür, bu məsələdə də sonralar ermənilərin əli oldu. Avropa Məhkəməsi azərbaycanlı köçkünlərin kütləvi şəkildə müraciət etdiyini gördükdən sonra Azərbaycana daha çox ziyan dəydiyini bildiyi üçün bu işi bağlamağa başladı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR