Bank Of Baku

“Tovuzun toponim dünyası“ kitabının təqdimat mərasimi keçirilib – FOTO

“Tovuzun toponim dünyası“ kitabının təqdimat mərasimi keçirilib – <font color=red>FOTO</font>
# 17 iyun 2010 12:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Atatürk Mərkəzində Zirəddin Xasıyevin müəllifi olduğu “Tovuzun toponim dünyası“ kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitabın elmi redaktorları akademik Ağamusa Axundov, professor Qəzənfər Paşayev, rəyçiləri filologiya elmləri doktoru Qara Məşədiyev və Məhərrəm Məmmədlidir. Tədbirdə çıxış edən professor Qəzənfər Paşayev bu cür kitabların nəşrini vacib saydığını qeyd edib və müəllifə təşəkkürünü bildirib. Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Milli Məclisin deputatı Qənirə Paşayeva da çıxışlarında kitabı tarix üçün yüksək qiymətləndiriblər. Q. Paşayeva deyib ki, bu cür kitablara böyük ehtiyac duyulur və hər bir tarix yazmalıdır: “Mən uzun zaman öz rayonumuzun adının mənasını axtarmışam. Ancaq axtarışlarım nəticəsiz qalıb. Bu kitab vasitəsi ilə isə suallarıma cavab tapmışam. Regionlar üzrə bu cür nəşrlərin olması mütləqdir. Tarix açılmamış və yazılmamış qala bilməz”.

Müəllif Zirəddin Xasiyev monoqrafiyada Oğuz yurdu Tovuzdan toplanmış toponimlərin tədqiqata cəlb olunduğunu bildirib: “Xalqımızın soy kökü, təşəkkülü və inkişaf mərhələləri ilə bağlı el-oba adlarında daşlaşaraq qalmış türk etnoslarının mənşəyi və semantikası dəqiqləşdirməyə çalışmışam. Əsasən, Azərbaycan türkcəsinin formalaşmasında və inkişafında rolu olan tayfa və qəbilə birliklərinin yayılma arealları müəyyənləşdirilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR