Bank Of Baku

Azərbaycanın 33 bələdiyyəsində sosial və ekoloji sahədə layihə həyata keçiriləcək

Azərbaycanın 33 bələdiyyəsində sosial və ekoloji sahədə layihə həyata keçiriləcək
# 17 iyun 2010 12:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Avropa Komissiyasının proqramı çərçivəsində Azərbaycanın 33 bələdiyyəsində sosial və ekoloji sahədə layihə həyata keçiriləcək. Azad İstehlakçılar Birliyindən (AİB) APA-ya verilən məlumata görə, AİB Avropa Komissiyası (AK) tərəfindən dəstəklənən “Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək” layihəsinin davamlılığını təmin etmək üçün proqramın beynəlxalq koordinatoru Rose Vercoe və Chryssi Tzanetou Azərbaycana səfər edəcək.

2010-cu ilin sonuna qədər davam edəcək layihə Muğan regionunun 33 kənd bələdiyyəsinin 50 kəndini əhatə edəcək.

Layihəyə maliyyə dəstəyini Azərbaycanda fəaliyyət göstərən Counterpart İnternational (Cİ) təşkilatı göstərib.

Counterpart İnternational (Cİ) təşkilatı eyni zamanda su basmış kəndlərdə kiçik infrastruktur layihələrdə dəstək verməyə hazır olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR