Bank Of Baku

Azərbaycanın səhiyyə naziri qanunsuz fəaliyyət göstərən aptek sahiblərinə xəbərdarlıq edib

Azərbaycanın səhiyyə naziri qanunsuz fəaliyyət göstərən aptek sahiblərinə xəbərdarlıq edib
# 17 iyun 2010 13:10 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazirin sözlərinə görə, əvvəllər ölkəyə 15 min adda keyfiyyətsiz dərman daxil olurdu. İndi isə ölkəyə yalnız 3 min adda dərman gətirilir.

Dərman bazarında bu gün də keyfiyyətsiz dərmanların olduğunu etiraf edən O. Şirəliyev aptek sahiblərinə xəbərdarlıq da edib: “Təəssüflər olsun ki, dərman bazarında vəziyyətin xeyli yaxşılaşmasına baxmayaraq, saxta dərmanların satışı hələ də var. Aptek sahiblərinə xəbərdar edirəm ki, yaxın aylarda bunun qarşısı alınacaq. Belə qanunsuz apteklərin fəaliyyətinə son qoyulacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR