Bank Of Baku

Səhiyyə Nazirliyi yaxın günlərdə tibb işçilərinin məcburi sertifikatlaşdırılmasına başlayacaq

Səhiyyə Nazirliyi yaxın günlərdə tibb işçilərinin məcburi sertifikatlaşdırılmasına başlayacaq
# 17 iyun 2010 13:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Yaxın günlərdə Azərbaycanda tibb işçilərinin məcburi sertifikatlaşdırılması həyata keçiriləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev deyib. Onun sözlərinə görə, bu prosesi Nazirlər Kabinetinin qərarına uyğun həyata keçirəcəklər: “Ölkədə tibb işçilərinin sertifikatlaşdırılması tibb sahəsində vəziyyətin yaxşılaşdırılmasına təkan verəcək”.

O. Şirəliyev qeyd edib ki, bu tədbiri həyata keçirməkdə əsas məqsəd yerli səhiyyə işçilərini dünyada tibb sahəsində tətbiq olunan yeni texnoloji avadanlıqlardan, uğurlardan xəbərdar etməkdir. Nazirin dediyinə görə, yaxın bir neçə gün ərzində bütün tibb işçiləri sertifaktalaşdırmadan keçmək üçün Səhiyyə Nazirliyində imtahan verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR