Bank Of Baku

ABŞ Dövlət Departamenti dünyada insan alveri sahəsində vəziyyətlə bağlı illik hesabatını açıqlayıb

ABŞ Dövlət Departamenti dünyada insan alveri sahəsində vəziyyətlə bağlı illik hesabatını açıqlayıb
# 17 iyun 2010 13:24 (UTC +04:00)
APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, hökumət insan alverinə qarşı mübarizədə səylərini artırıb. Bildirilir ki, 2009-cu ildə Azərbaycan hökuməti insan alverinin qurbanlarına 625 min ABŞ dolları yardım ayırıb. Azərbaycan dövləti bu sahədə inkişafa nail olmaq məqsədi ilə müxtəlif qanunlar qəbul edib və bunların həyata keçirilməsində uğurlu addımlar atıb.

2005-ci ildə qəbul edilmiş “İnsan alverinə qarşı mübarizə haqqında” qanunun tətbiqi sahəsində görülən işlər yüksək qiymətləndirilib. Hesabatda ölkənin hüquq-mühafizə orqanlarının insan alverində təqsirli bilinən insanların aşkarlanıb istintaqa cəlb olunmasında fəal rol oynadığı qeyd olunub.

2009-cu ilin mart ayında insan alveri qurbanları üçün hökumətin yardım mərkəzi açdığını, orada onlarla insana hüquqi yardım edildiyi hesabatda xüsusi vurğulanıb.

Hesabatda, həmçinin Azərbaycan hökumətinin insan alveri ilə bağlı ictimaiyyəti məlumatlandırması sahəsində gördüyü işlərə xüsusi yer verilib: “Hökumət ölkənin 58 rayon və şəhərində insan alverinə qarşı mübarizə ilə əlaqədar seminar və treninqlər təşkil edib. Hökumət bununla bağlı səylərini davam etdirərək televiziya və radioda ictimaiyyəti məlumatlandırma kampaniyası aparıb. Ölkə ictimaiyyətinin məlumatlandırılması və potensial insan alveri qurbanlarının müəyyənləşməsində qeyri-hökumət təşkilatları ilə hökumət arasında sıx əməkdaşlıq mövcuddur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR