Bank Of Baku

Azərbaycan Tibb Universitetində yeni rezidentura qaydaları tətbiq ediləcək

Azərbaycan Tibb Universitetində yeni rezidentura qaydaları tətbiq ediləcək
# 17 iyun 2010 13:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri üçün gələn ildən yeni rezidentura qaydaları tətbiq ediləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir qeyd edib ki, 2011-ci ildən ATU-nun hər bir məzunu Səhiyyə Nazirliyi tərəfindən keçiriləcək imtahanlarda iştirak edəcək. İmtahanda öz ixtisası üzrə müsbət nəticə əldə edən tələbələr istədiyi tibb müəssisəsində işləyə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR