Bank Of Baku

«Təmiz Şəhər» ASC və Bakı «Hyatt» Mehmanxanalar şəbəkəsi tullantıların əməkdaşlığa başlayır

«Təmiz Şəhər» ASC və Bakı «Hyatt» Mehmanxanalar şəbəkəsi tullantıların əməkdaşlığa başlayır
# 17 iyun 2010 13:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Təmiz Şəhər» ASC və Bakı «Hyatt» Mehmanxanalar şəbəkəsi tullantıların çeşidlənməsi ilə əlaqədar əməkdaşlıq edəcək.
ASC-dən «APA-Economics»ə verilən məlumata görə, «Ekologiya ili» çərçivəsində «Təmiz Şəhər» ASC və Bakı «Hyatt» Mehmanxanalar şəbəkəsi tullantıların çeşidlənməsi ilə əlaqədar birgə layihəyə başlayıb.
Layihəyə əsasən, Bakı «Hyatt» Mehmanxanalar şəbəkəsi plastik butulkalar, şüşə, kağız, karton, alüminium və s. kimi təkrar emala yararlı materialları tam çeşidlənmiş şəkildə «Təmiz Şəhər» ASC-yə çatdıracaq. ASC isə çeşidlənmiş tullantıları aidiyyəti üzrə təkrar emal sənayesi sahələrinə çatdırılmasını idarə edəcək.
Qeyd edək ki, təkrar emal edilmiş kağızın hər tonu 17 ağaca, 1,450 litr neftə, 3 kubmetr poliqon ərazisinə, 4 min kVt elektrik enerjisinə və 26,5 kubmetr suya qənaət etməyə imkan verir.
Xatırladaq ki, «Təmiz şəhər» ASC məişət tullantılarının toplanması, emalı və utilizasiyası üzrə müasir standartlara uyğun vahid sistemin yaradılması məqsədilə 2008-ci ildə təsis olunub.
ASC Bakı şəhər İcra Hakimiyyəti Kommunal-Məişət Təsərrüfat Departamentinin bazasında yaradılıb. Bu müəssisənin mülkiyyətçisinin funksiyaları Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə tapşırılıb, İqtisadi İnkişaf Nazirliyi isə ASC-nin fəaliyyətinin normativ bazasını və nizamnaməsini, mənfəəti (zərəri) haqqında illik hesabat hazırlayır, eləcə də İdarə Heyəti və Müşahidə Şurasının sədri və üzvlərini təyin edir. Hazırda «Təmiz şəhər» ASC-nin nizamnamə kapitalı 500 min manat təşkil edir ki, yaxın gələcəkdə bu rəqəm 1 mln. manata çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR