Bank Of Baku

Azərbaycan Səhiyyə Nazirliyi bəzi çimərliklərdən istifadəni qadağan edib - SİYAHI

Azərbaycan Səhiyyə Nazirliyi bəzi çimərliklərdən istifadəni qadağan edib - <font color=red>SİYAHI</font>
# 18 iyun 2010 08:15 (UTC +04:00)
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, aparılmış araşdırmalar göstərib ki, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam etməkdədir. Şıx çimərliyinin sanitariya-mühafizə zolağına Bibiheybət, Badamdar, 20-ci sahə yaşayış ərazilərindən və Lökbatan qəsəbəsi istiqamətində təsərrüfat-məişət çirkab suları, Sahil çimərliyinin mühafizə zolağına isə, Sahil təmizləyici qurğular stansiyasında təmir-yeni-dənqurma işləri başa çatdırılmadığından, tam təmizlənməmiş çirkab suları axıdılır.

Aparılmış laboratoriya müayinələrinin nəticələrinə görə göstərilən çimərliklərin ərazilərində dəniz suyunun bakterioloji çirkənmə göstəricilərinin də normadan yüksək olduğu aşkar edilib.

Mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” qanunun 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Baş dövlət sanitariya həkiminin müavini tərəfindən Səbail rayonunun Şıx çimərliyinin, Qaradağ rayonun Sahil çimərliyinin və göstərilən ərazilərin qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsinin qadağan edilməsi barədə qərar çıxarılıb.

Qəbul edilmiş qərarın icrasına köməklik göstərilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı şəhəri Baş Polis İdarəsinə müvafiq məktublar göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR