Bank Of Baku

Azərbaycan ərazisində yağışlar davam edəcək, qərb rayonlarında dolu düşəcək

Azərbaycan ərazisində yağışlar davam edəcək, qərb rayonlarında dolu düşəcək
# 18 iyun 2010 08:48 (UTC +04:00)
Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 30-33, axşam 23-25 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

İyunun 19-da havanın buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz havanın açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Gecə 20-24, gündüz 30-32, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

İyunun 20-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 20-23, gündüz 31-35 dərəcə isti olacaq.

İyunun 21-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 20-24, gündüz 32-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 19-da, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 21-24, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə, gündüz 20-24 dərəcə isti olacaq.

İyunun 20 və 21-də hava, əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 19-24, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR