Bank Of Baku

Məleykə Abbaszadə ali məktəblərin dövlət sifarişli plan yerlərinin müsabiqəsində iştirak etmək üçün tələb olunan minimum balı açıqlayıb

Məleykə Abbaszadə ali məktəblərin dövlət sifarişli plan yerlərinin müsabiqəsində iştirak etmək üçün tələb olunan minimum balı açıqlayıb
# 18 iyun 2010 09:13 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, gələcəkdə müəyyən ixtisaslar üzrə 100, müəyyən ixtisaslar üzrə 50% yerlər dövlət sifarişli ola bilər.

M. Abbaszadə deyib ki, gələn ildən dövlət sifarişli plan yerlərinə yeni ixtisaslar üzrə yerlər əlavə ediləcək.

TQDK sədri əlavə edib ki, 2010-2011-ci tədris ili üçün Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına tələbə qəbulu 4 ixtisas - filologiya, tətbiqi riyaziyyat, kimya və psixologiya üzrə aparılacaq. Azərbaycan vətəndaşları üçün məktəbdə təhsil ödənişsizdir. Bu məktəbin hər bir ixtisası üzrə 25 plan yeri ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR