Bank Of Baku

Bakıda 20 iyun – Beynəlxalq Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib

Bakıda 20 iyun – Beynəlxalq Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib
# 18 iyun 2010 09:14 (UTC +04:00)
Tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Antonio Qutereşinin videomüraciəti, xoşməramlı səfir Anjelina Colinin iştirakı ilə çəkilmiş videoçarx, “Vətən həsrəti və sönməyən ümidlər” adlı 13 dəqiqəlik film nümayiş olunub. Film Azərbaycanda məcburi köçkünlərin problemlərinə həsr olunub. Burada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kiçik məlumat da yer alıb.

Tədbirdə çıxış edən Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov qeyd edib ki, Azərbaycan artıq 18 ildir məcburi köçkün problemi ilə yaşayır, torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. O Azərbaycanda məskunlaşmış məcburi köçkünlərə göstərdiyi yardımlara görə Amerika, Avropa və ərəb ölkələrindən olan qeyri-hökumət təşkilatlarına təşəkkürünü bildirib. Əli Həsənov işğal faktının hələ də davam etdiyini, Ermənistanın işğal etdiyi torpaqlardan narkotik maddələr əkini üçün istifadə etdiyini bildirib. O, həmçinin Ermənistanın işğal altında olan ərazilərdə terror qrupları hazırladığını da vurğulayıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Arun Sala-Nqarm beynəlxalq birliyin qaçqın və məcburi köçkünlərə yardım etməsinin əhəmiyyətini vurğulayıb. O, BMT-nin Azərbaycanda və digər ölkələrdə qaçqın və məcburi köçkün övladları arasında sorğu keçirdiyini də deyib: “Uşaqlar adətən belə cavab verirdilər – evi olmayan adamlar xəstələnir və ölürlər. 8 yaşlı bir qız isə evin nə olduğunu belə izah edib: “Ev mən və anamın olduğu yerdir”. Qaçqın və məcburi köçkünlər çox ağır şəraitdə yaşayırlar, amma bu onların gələcəkdən məhrum olması demək deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR