Bank Of Baku

Məleykə Abbaszadə: “Qəbul imtahanlarının tarixləri yalnız fors-major hallarında dəyişdirilə bilər”

Məleykə Abbaszadə: “Qəbul imtahanlarının tarixləri yalnız fors-major hallarında dəyişdirilə bilər”
# 18 iyun 2010 09:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, iyunun 20-də ali məktəblərin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçiriləcək. İmtahanın 2-ci mərhələsində iştirak etmək üçün 6613 bakalavr iyunun 7-dən 12-dək ərizələrini təsdiqlədib. Onlardan 5752 nəfəri Azərbaycan, 861 nəfəri rus bölməsinin məzunudur. Bakalavrların 40 nəfəri xarici ölkə vətəndaşıdır. Qəbul imtahanı Bakıda 9, Naxçıvanda 1 binada keçiriləcək. Qəbul imtahanının 2-ci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 22-dən 25-dək magistiraturalara qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak edə bilərlər.

M. Abbaszadə qeyd edib ki, bakalavrlar bəzi magistratr proqramlarına sənəd verməyiblər.

TQDK sədrinin sözlərinə görə, ali məktəblərin bakalavr pilləsinə tələbə qəbulu üçün ixtisas seçimi bütün qruplar üzrə iyulun 25-dən avqustun 2-dək aparılacaq.
Ali təhsil müəssisısi iləı dövlət sifarisi əsasında təhsil alacaq tələbə arasında bağlanacaq fərdi müqavinənin nümunəsi artıq cap edilib.
M.Abbaszadə Bakı İslam Universitetinin 100 plan yerinə artıq 65 nəfərin sənəd verdiyini də xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR