Milli Məclisin komitə sədri: “ABŞ Dövlət Departamentinin insan alveri ilə bağlı illik hesabatının Azərbaycana aid hissəsinin hər cümləsinə təkzib verə bilərəm”
R. Aslanovanın sözlərinə görə, sözügedən hesabata əsasən, dövlətlər insan alverinin vəziyyətinə görə üç kateqoriyaya ayrılır. Birinci kateqoriyaya qanunvericilik bazasını möhkəmləndirən, insan alverinin qarşısını alan işlək qanunlara malik, bu sahədə milli fəaliyyət planı olan və mühüm addımlar atan dövlətlər daxil edilir.
Komitə sədri deyib ki, ikinci qrup ölkələrə isə bu sahədə irəliyə doğru inkişafı olmayan dövlətlər daxil edilir: “Yəni qanunvericilik bazası zəif olan, insan alveri qurbanlarının sayının durmadan artdığı, problemin həlli ilə bağlı siyasi iradənin olmadığı ölkələr ikinci kateqoriyaya daxil edilir. Üçüncü qrupa isə bu sahədə vəziyyətin çox acınacaqlı olduğu ölkələr aiddir”.
R. Aslanova Azərbaycanın ikinci kateqoriyaya adi edildiyini bildirib: “Hesabatda yazıblar ki, Azərbaycan həm mənbə, həm tranzit, həm də təyinat ölkəsidir. Bu isə qətiyyən doğru deyil. Burada bir məqam da var ki, iki il ardıcıl olaraq ikinci kateqoriyaya daxil edilən ölkələr sonradan üçüncü kateqoriyaya daxil edilir. Üçüncü kateqoriyaya daxil olunandan sonra isə dövlətə qarşı müəyyən sanksiyalar tətbiq olunur. Bu, humanitar deyil, müəyyən maliyyə qurumları tərəfindən, o cümlədən Beynəlxalq Valyuta Fondu tərəfindən tətbiq edilən sanksiyadır. Onlar 177 dövlət haqqında hesabat hazırlayıblar. Bu ölkələrin əksəriyyəti hesabata etiraz bildirib. Bu hesabatın Azərbaycana aid hissəsinin hər cümləsini təkzib etmək olar. Onların iddiaları absurd və diletant xarakterlidir. Qeyri-peşəkar səviyyədə hazırlanan hesabatda olduqca böyük səhvlər var. Onlar başa düşmürlər ki, Azərbaycandan gedən miqrantın hansı ölkədə hüququ pozulursa, bu, artıq həmin ölkədəki vəziyyətin göstəricidir. Azərbaycanda isə miqrantların hüquqları yüksək səviyyədə qorunur”.
Komitə sədri ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan hesabatların böyük əksəriyyətinin qeyri-obyektiv olduğunu bildirib: “Onlar gah Azərbaycan gənclərinin narkoman olduğunu deyir, gah Azərbaycan kişilərini alçaldıcı qul əməyinin daşıyıcısı, gah da qadınları insan alverinin qurbanı edirlər... Bu, alçaldıcı bir mövqe, Azərbaycana qarşı istifadə olunan diplomatik alətdir. Onların Azərbaycana qarşı başqa təzyiq imkanları yoxdur. Bizim cəmiyyətimizi qanundan uzaq, geridə qalmış cəmiyyət kimi təqdim edirlər. Bu, daha çox siyasi təzyiqdir. Mən hesabatın hər cümləsini təkzib edə bilərəm. Məsələn, hesabatda qeyd olunur ki, Azərbaycanın anklavı olan Naxçıvan fahişəliyə cəlb etmək məqsədilə Türkiyəyə daşınan qadınlar üçün tranzit məntəqə rolu oynayır. Halbuki Naxçıvan anklav deyil, eksklavdır. Onlar adicə bu iki terminin fərqini bilmirlər. Biz Azərbaycanın tranzit ölkə olduğunu qəbul edirik. Lakin Azərbaycandan tranzit ölkə kimi istifadə edib, başqa ölkəyə gedən insanın hüquqlarına toxuna bilmərik”.
Sosial
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Xankəndi və Xocalı sakinləri üçün yeni peşə hazırlığı kursuna başlanıb
ƏƏSMN: İslahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan olmasına imkan yaradıb
Xəbər Lenti
"NYMEX" əmtəə birjasında təbii qaz ucuzlaşıb
Dünya bazarlarında neftin qiyməti artıma doğru yönəlib
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
"Bitcoin" ucuzlaşmaqda davam edib
Azərbaycan və İrlandiya diplomatik münasibətlərin 30 illiyini qeyd edir
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
DÇ-2026: Meksika 1/8 finala yüksəlib
KİV: ABŞ Uitkoff və Kuşnerin İranla bağlı danışıqlarını müsbət qiymətləndirib
Tovuzda 32 yaşlı kişi qətlə yetirilib
Tramp kriptovalyuta əməliyyatlarından 1 milyard dollardan çox qazanıb
Serena Uilyams üç illik fasilədən sonra Uimbldonda ilk oyununda məğlub olub
Qalibaf: İranın ABŞ ilə raket proqramını müzakirə etmək niyyəti yoxdur
Venesuelada zəlzələdən sonra 6 mindən çox insan xilas edilib
Almaniyanın "Rheinmetall" şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək
ABŞ Konqresi Livanda hərbi əməliyyatlarda iştirakın əleyhinə qətnaməni qəbul etməyib
DÇ-2026: Fransa millisi 1/8 final mərhələsinə yüklənib
Qalibaf: ABŞ sanksiyalarının dayandırılmasından sonra neftimizi 20% baha satırıq
Kuman Niderland millisinin baş məşqçi postundan ayrıldığını açıqlayıb
Qətərin Baş naziri ABŞ nümayəndələri ilə Vaşinqton–Tehran danışıqlarını müzakirə edib
Britaniya müdafiə planı çərçivəsində hərbi xərcləri 14,2 milyard dollar azaldacaq
Ukrayna İsveçdən 16 ədəd "Gripen E" qırıcısı alacaq
Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb - FOTO
NYT: ABŞ administrasiyası vahid casus bazası yaratmağa çalışır
Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var - FOTO - VİDEO
Vens: Çin enerji infrastrukturunun artırılması sayəsində süni intellekt sahəsində ABŞ-ı qabaqlayır
Vens: Hörmüz boğazından keçidə görə rüsum tutulmayacaq
Kuba XİN rəhbəri ABŞ-la danışıqlarda irəliləyiş olmadığını bildirib
İran ABŞ blokadası aradan qaldırıldıqdan sonra 40 milyon bareldən çox neft ixrac edib
Türkiyə və Aİ arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub - FOTO - YENİLƏNİB
Qalibaf: İran, ABŞ və Livan atəşkəsə nəzarət üçün birgə komitə yaradacaq
Ağ Ev: ABŞ-ın İrana qarşı əməliyyatının dəyəri 30 milyard dollar olub
DÇ-2026: Norveç millisi 1/16 final mərhələsinə yüksəlib
Tramp doğumla vətəndaşlıq məhdudiyyətinin ləğvini "Çinin qələbəsi" adlandırıb
ABŞ Ali Məhkəməsi Trampın doğumla vətəndaşlıqla bağlı fərmanını ləğv edib
Ərdoğan İsrail hökümətinin "erməni soyqırımı"nı tanımaq qərarını şərh edib
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
UEFA “Fənərbaxça”nı maliyyə “fair play”ini pozduğuna görə 7 milyon avro cərimələyib
ABŞ NATO müttəfiqlərindən hərbi xərclərin artırılması ilə bağlı hesabat gözləyir
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq
Bakıda Belarusun Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib - FOTO
Rusiya ordusu Zaporojyedə enerji obyektlərinə zərbələr endirib
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərilib
Pakistanda təhsil mərkəzinin damı uçub, 14 uşaq ölüb
Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Litvanın yeni Baş naziri seçilib
Ceyhun Bayramov ICMP-in baş direktoru Katrin Bomberger ilə görüşüb