Bank Of Baku

Ağdaşda 2783 ədəd çətənə kolu məhv edilib

Ağdaşda 2783 ədəd çətənə kolu məhv edilib
# 18 iyun 2010 12:39 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov - APA. Ağdaş rayonu ərazisində külli miqdarda narkotik xassəli çətənə kolu aşkarlanaraq məhv edilib. Ağdaş rayon Polis Şöbəsinin rəis müavini Güloğlan Məmmədov APA-nın yerli bürosuna bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Ağdaş rayon Polis Şöbəsinin birgə həyata keçirdiyi “Xaşxaş-2010” adlı əməliyyat tədbirləri nəticəsində iyunun 18-də rayonun Mürsəl kəndindəki su arxının kənarında bələdiyyəyə məxsus sahədə yabanı halda bitən külli miqdarda narkotik xassəli çətənə kolları aşkar ediblər. Yarım hektar ərazidə aşkar olunan ümumi çəkisi 1 ton 230 kiloqram olan 2783 ədəd çətənə kolu kökündən çıxarılaraq yandırılıb.

Qeyd edək ki, iyunun 6-da rayonun Yuxarı Ləki kəndindəki su arxının kənarından ümumi çəkisi 1 ton 358 kiloqram olan 3722 ədəd çətənə kolu aşkar edilərək məhv olunmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR