Bank Of Baku

“Azərbaycan türkləri: XIX-XX əsrlərdə millətin və milli identikliyin formalaşması prosesləri” adlı kitab işıq üzü görüb

“Azərbaycan türkləri: XIX-XX əsrlərdə millətin və milli identikliyin formalaşması prosesləri” adlı kitab işıq üzü görüb
# 18 iyun 2010 12:50 (UTC +04:00)
Bakı-APA. Tarix elmləri doktoru Aydın Balayevin “Azərbaycan türkləri: XIX-XX əsrlərdə millətin və milli identikliyin formalaşması prosesləri” adlı yeni kitabı işıq üzü görüb. APA-nın xəbərinə görə, müəllif kitabda millətin yaranması prosesi haqqında köhnə baxışları təkzib edərək, bildirir ki, müasir Azərbaycan milləti – XX əsrin əvvəlindəki milli elita nümayəndələrinin, eləcə də 1918-1920-ci illər Xalq Cümhuriyyətinin siyasi və dövlət qurumlarının məqsədyönlü fəaliyyətinin məhsuludur. Kitabda Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhəd bəy Ağaoğlu və Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan türklərinin milli ideologiyasının yaradılması istiqamətindəki səylərinin araşdırılmasına diqqət yetirilir.
Kitab “Qanun” nəşriyyatında nəşr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR