Bank Of Baku

Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub

Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub
# 18 iyun 2010 13:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Əş-Şeyxin rəhbərlik etdiyi nümayəndə heyətinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlığı və qoruq ərazisində gəzintisi keçirilib. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, qonaqların İçəri Şəhər gəzintisi zamanı dünya şəhərsalma sənətinin nadir nümunəsi, YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, habelə burada aparılan son təmir, abadlaşdırma və restavrasiya işləri barədə ətraflı məlumat verilib. Gəzinti dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə tanışlıqdan başlayıb. Azərbaycanın Mərkəzi Asiyanın müxtəlif ölkələri ilə ticarət əlaqələrinin sübutu olan – Buxara Karvansarası ilə tanışlıqla gəzinti davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR