Bank Of Baku

“Qız Qalası” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib - FOTOSESSİYA

“Qız Qalası” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 18 iyun 2010 13:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü və 28 May Respublika Günü münasibəti ilə “Qız Qalası” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbir Türkiyənin Avrasiya Qəzetçilər Dərnəyi, Avrasiya Xəbər Agentliyi, Azərbaycandan İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, "İctimai Rəy" Analitik Mərkəzin birgə təşkilatçılığı ilə baş tutub. Avrasiya Qəzetçilər Dərnəyinin sədri Aqil Fərəcov bildirib ki, mayın 1-i 19-u arasında Bakıda və 17 rayonda “Qız Qalası” Milli Mükafatı ilə bağlı respondentlər arasında sorğu keçirilib. Sorğunun rəsmi nəticələrinə görə, “Qız Qalası” Milli Mükafatına layiq görülənlər diplom və mükafatla təltif olunublar. “Qız Qalası” Mili Mükafata layiq görülənlər sırasında “Azəri-Press” İnformasiya Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı da var.

Təqdimat mərasiminə Azərbaycanın millət vəkilləri, elm, siyasət və iş dünyasının tanınmış simaları ilə yanaşı Birləşmiş Ərəb Əmirliklərindən və Türkiyədən nümayəndələr də qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR