Bank Of Baku

“Nokta İnşaat”-ANAMA konsorsiumu son 20 gündə Türkiyə-Suriya sərhədindən 152 mina zərərsizləşdirib

“Nokta İnşaat”-ANAMA konsorsiumu son 20 gündə Türkiyə-Suriya sərhədindən 152 mina zərərsizləşdirib
# 19 iyun 2010 12:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin «Nokta İnşaat» şirkəti Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssislərinin rəhbərliyi altında Qaziantep şəhərində yerləşən Karkamış antik şəhərinin ərazisindən 152 ədəd tank əleyhinə mina çıxararaq zərərsizləşdirib. APA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Suriya ilə sərhəddə yerləşən bu ərazidə minatəmizləmə işlərinə mart ayından başlanılıb. İyunun əvvəlində antik şəhərin ərazisindən 21, ötən gün isə 313 tank əleyhinə mina çıxarılıb.

Ərazidən çıxarılmış minalar hərbçilərin nəzarəti altında Fərat çayının kənarında, antik şəhərin qalıqlarından 2 kilometr uzaqda, yerin 5 metr dərinliyində partladılaraq məhv edilib.

«Nokta İnşaat» şirkəti ərazini ANAMA-nın yardımı ilə təmizləyir. Ümumilikdə Türkiyə tərəfindən 680 min kvadratmetr ərazinin minalardan təmizlənməsi ilə bağlı keçirdiyi tenderi udan «Nokta İnşaat»- ANAMA konsorsiumu bu günədək 210 min kvadratmetr ərazini təmizləyib. Karkamış tarixi əhəmiyyətli yer olduğundan burada minatəmizləmə əsasən əllə aparılır.

«Nokta İnşaat» şirkətinin sahibi Murad Keklik ərazidə minatəmizləmə əməliyyatlarının çox sürətlə davam etdiyini və ərazinin tenderdə nəzərdə tutulan 10 aya deyil, 8 aya tamamlayacaqlarını bildirib.

Xatırladaq ki, ərazi Türkiyə və Suriya arasında ötən əsrin 60-cı illərində yaranmış sərhəd problemi zamanı minalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR