Bank Of Baku

“Elektron təhsil” respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

“Elektron təhsil” respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb - <font color=red>FOTO</font>
# 21 iyun 2010 08:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Təhsil Nazirliyi “Elektron təhsil” respublika müsabiqəsinin qaliblərini mükafatlandırıb. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı” çərçivəsində təşkil olunan müsabiqədə 810 layihə iştirak edib. Bunların arasından 89 nominant seçilib. İki mərhələdə keçirilən müsabiqəni “Microsoft Azərbaycan”, “İntel”, “Ultra”, HP, “Azərfon-Vodafone”, “Mədəd” təşkilatları dəstəkləyir. Müsabiqənin məqsədi elektron tədris resurslarından, İnternet texnologiyalarından tədris prosesində istifadəni populyalaşdırmaq, informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və sairədir.
Müsabiqədə beş nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbukılar və digər xüsusi mükafatalar təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR