Bank Of Baku

Qeyri-sabit hava şəraiti Azərbaycanın şimal-qərb bölgəsində ciddi problemlər yaradıb

Qeyri-sabit hava şəraiti Azərbaycanın şimal-qərb bölgəsində ciddi problemlər yaradıb
# 21 iyun 2010 08:26 (UTC +04:00)
Şəki. Vüqar Heydərov – APA. Ötən gecə Azərbaycanın şimal-qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti bəzi rayonlarda ciddi problemlər yaradıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iyunun 20-si axşam saatlarında bölgədə hava şəraiti kəskin dəyişib, güclü külək və dağlıq ərazilərdə qısa müddətli leysan yağışlar yağıb. Nəticədə Şəki, Qax, Zaqatala və Balakən rayonlarının enerji təsərrüfatına ciddi ziyan dəyib.
Şəki rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Valeh Ələkbərovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, leysan yağışlar nəticəsində rayonun Aşağı Şabalıdlı və Baş Kəldək kəndlərində əkin sahələri su altında qalıb. Rayonun Şəkikənd və Arıçılıq kəndlərində isə güclü külək bəzi evlərin dam örtüyünü uçurub. Bir çox kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda Şəki, Qax, Zaqatala və Balakən rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində yaranan problemlərin aradan qaldırılması istiqamətində iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR