Bank Of Baku

Azərbaycanın bəzi rayonlarında leysan yağacaq, dolu düşəcək

Azərbaycanın bəzi rayonlarında leysan yağacaq, dolu düşəcək
# 21 iyun 2010 10:08 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gündüz 32-35, axşam 25-27, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə isti olacaq.

İyunun 22-də hava, əsasən yağmursuz keçəcək, buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Gecə 23-25, gündüz 29-31, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

İyunun 23-də hava yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.

İyunun 24-də hava, əsasən yağmursuz keçəcək, şimal-şərq küləyi əsəcək. Gecə 22-25, gündüz 32-35 dərəcə olacaq.

Azərbaycanın rayonlarında iyunun 22-də hava, əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq və dağətəyi ərazilərdə yağışın leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 20-25, gündüz 32-36 dərəcə, dağlarda gecə 8-13, gündüz 19-23 dərəcə isti olacaq.

İyunun 23-24-də hava, əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntıların bəzi yerlərdə leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin norma daxilində mülayim tərəddüdləri gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR