Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,336 mln. nəfəri ötüb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,336 mln. nəfəri ötüb
# 21 iyun 2010 10:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il iyun ayının 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 336,1 min nəfər olub ki, onlardan 4 076,7 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-aprel aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 336,8 min nəfər, iqtisadiyyatın dövlət bölməsində 848,2 min nəfər, qeyri-dövlət bölməsində 467,9 min nəfər olmaqla orta siyahı sayı isə 1 316,1 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 19,2%-i məhsul istehsalı sahələrində, onlardan 2,7%-i mədənçıxarma sənayesində, 5,6%-i emal sənayesində, 2,2%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində, 1,6%-i su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi sahəsində, 4,5%-i tikintidə, 2,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub.

Xidmət sahəsində çalışanların 26,2%-i təhsil, 20,2%-i topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri, 10,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6%-i nəqliyyat və anbar təsərrüfatı, 4%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8%-i dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 3,2%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i informasiya və rabitə, 1,5%-i maliyyə və sığorta fəaliyyəti, 1,5%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,3%-i yaşayışın təşkili və ictimai iaşə, 0,9%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,6%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

Bununla yanaşı, 2010-cu il iyun ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 40,2 min nəfər olub, onların da 43,5%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 5 nəfər şəxsdən ibarət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR