Bank Of Baku

XI siniflərin attestat qiymətləri yaxın bir necə saata, IX siniflərin şəhadətnamə qiymətləri isə iyunun 23-də açıqlanacaq

XI siniflərin attestat qiymətləri yaxın bir necə saata, IX siniflərin şəhadətnamə qiymətləri isə iyunun 23-də açıqlanacaq
# 21 iyun 2010 14:17 (UTC +04:00)
Nazirlikdən APA-ya verilən məlumata görə, imtahan aparılan fənlər üzrə şagirdlərin attestatına yazılacaq yekun qiymətləri barədə məlumatlar yaxın saatlarda nazirliyin internet saytının (www.edu.gov.az) imtahan bölməsində yerləşdiriləcək. Saytda şagirdlər attestat qiymətləri ilə yanaşı, alacaqları attestatların seriya və nömrələrini görə biləcəklər.
Əsas təhsil səviyyəsi üzrə (IX sinif) buraxılış imtahanlarının nəticələrinə görə, imtahan fənləri üzrə şagirdlərin şəhadətnaməsinə yazılacaq qiymətlər haqqında məlumatlar iyunun 23-də nazirliyin saytında yerləşdiriləcək.
Nazirlikdən bildirilib ki, imtahanın nəticələri ilə bağlı ərizə və şikayətlər şagirdin təhsil aldığı şəhər və rayon təhsil şöbələrində qəbul ediləcək. Bakı şəhərində təhsil almış şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə şəhərində təhsil almış şagirdlər Gəncə Şəhər Təhsil İdarəsinə, Abşeron rayonunda təhsil almış şagirdlər Abşeron rayon Təhsil Şöbəsinə və s. müraciət edəcəklər. Yerlərdə imtahanla bağlı ərizə və şikayətlərin qəbulu iyunun 26-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR