Bank Of Baku

Azərbaycanda XI siniflərin buraxılış imtahanlarının qiymətləri açıqlanıb

Azərbaycanda XI siniflərin buraxılış imtahanlarının qiymətləri açıqlanıb
# 21 iyun 2010 14:35 (UTC +04:00)
Nazirlikdən APA-ya verilən məlumata görə, imtahan aparılan fənlər üzrə şagirdlərin attestatına yazılacaq yekun qiymətləri barədə məlumatlar internet saytının (www.edu.gov.az) imtahan bölməsində yerləşdirilib. Saytda şagirdlər attestat qiymətləri ilə yanaşı, alacaqları attestatların seriya və nömrələrini görə bilərlər.

Əsas təhsil səviyyəsi üzrə (IX sinif) buraxılış imtahanlarının nəticələrinə görə imtahan fənləri üzrə şagirdlərin şəhadətnaməsinə yazılacaq qiymətlər haqqında məlumatlar is’ iyunun 23-də nazirliyin saytında yerləşdiriləcək.

Nazirlikdən bildirilib ki, imtahanın nəticələri ilə bağlı ərizə və şikayətlər şagirdin təhsil aldığı şəhər və rayon təhsil şöbələrində qəbul ediləcək. Bakı şəhərində təhsil almış şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə şəhərində təhsil almış şagirdlər Gəncə Şəhər Təhsil İdarəsinə, Abşeron rayonunda təhsil almış şagirdlər Abşeron rayon Təhsil Şöbəsinə və s. müraciət edəcəklər. Yerlərdə imtahanla bağlı ərizə və şikayətlərin qəbulu iyunun 26-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR