Bank Of Baku

Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev Hakimlərin Seçki Komitəsinin sədri seçilib

Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev Hakimlərin Seçki Komitəsinin sədri seçilib
# 21 iyun 2010 16:38 (UTC +04:00)
Şuradan APA-ya verilən məlumata görə, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tədbirdə çıxış edərək, ölkəmizdə məhkəmə fəaliyyətinin müasirləşdirilməsi üzrə əsası Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatların ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, bu sahədə əldə edilmiş müsbət nəticələri vurğulayıb, məhkəmə fəaliyyətinin təşkilində Hakimlərin Seçki Komitəsinin mühüm rolunu qeyd edib.

Tədbirdə məhkəmə sisteminin mənəvi cəhətdən saf və hazırlıqlı hakimlər hesabına komplektləşdirilməsi məqsədilə Azərbaycanda hakimliyə namizədlərin seçilməsinin ən mütərəqqi və şəffaf qaydalarının müəyyən edilməsi vurğulanıb. Qeyd edilib ki, son illər ərzində çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə 2200 namizədlə aparılmış seçim proseduraları nəticəsində 157 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin edilib, 80 nəfər namizəd hakim vəzifələrinə hazırlanmaları üçün bir illik kurslara cəlb olunub, onların məhkəmələrdə, o cümlədən xarici ölkələrdə staj keçməsi təşkil edilib.

Hazırda bütün birinci instansiya məhkəmələri hakimlərinin yarıdan çoxunun yeni qaydalarla seçilib təyin olunduğu, hazırda apellyasiya məhkəmələrinin komplektləşdirilməsi üçün kadr potensialı kimi məhz həmin hakimlərə müraciət edildiyi bildirilərək, Hakimlərin Seçki Komitəsi tərəfindən yaradılmış müsbət təcrübə təqdir edilib, onun qarşısında duran mühüm vəzifələrə toxunulub.

Sonra iclasda bir sıra təşkilati məsələlərə baxılıb, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev Hakimlərin Seçki Komitəsinin sədri seçilib.

İclasda, həmçinin hakimliyə namizədlərin seçilməsi prosesinin hazırkı durumu, tədris kurslarının nəticələri üzrə yazılı və şifahi imtahanların təşkili və digər məsələlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR