Bank Of Baku

Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələri açıqlanıb
# 22 iyun 2010 08:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyunun II ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun II ongünlüyündə Kür çayında suyun sərfi I ongünlüyünə nisbətən saniyədə 61 kubmetr azalaraq 432 kubmetr təşkil edib. Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Kürün Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-i ötüb.
Monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi saniyədə 499 kubmetr olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində fenollar 4, mis birləşmələri 3 dəfə YVQH-i keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 4,07-5,93 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR