Bank Of Baku

Gədəbəy sakinini sel aparıb

Gədəbəy sakinini sel aparıb
# 22 iyun 2010 09:59 (UTC +04:00)
Gədəbəy. Ayxan Hüseynov - APA. Ötən gün saat 16:00 radələrindən başlayaraq Gədəbəy rayonuna yenidən güclü dolu və leysan yağıb. APA-nın qərb bürosunun xəbərinə görə, yağıntı nəticəsində yaranan sel Gədəbəy rayonunun əsasən 4 kəndində əkin sahələrinə ciddi ziyan vurub. Rayonun Çalburun kənd sakini, 1937-ci il təvəllüdlü İbrahimova Zinyət Hüseyn qızı dağ çaylarından birinin kənarında paltar yuyan zaman onu sel aparıb.
Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin APA-ya verdiyi məlumata görə, iyunun 21-i saat 4.00 radələrindən başlayaraq, yağan güclü dolu və leysan yağışlar rayonun Dəyimandağ, Şəkərbəy, Əmiraslanlı və Gərgər kəndlərində sakinlərin kartof sahələrini tamamilə məhv edib. Həmçinin dolu Səbətkeçməz və Şəkərbəy kəndlərində bir neçə evin dam örtüyünə ziyan vurub. Rayon Fövqəladə Hallar Komissiyası dəymiş ziyanın hesablamalarını davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR