Bank Of Baku

Misir Mərdanov: “Dünya Bankının hesabatından nəticə cixarıb ali təhsil alanların sayını kütləvi şəkildə artırmaq düzgün olmaz”

Misir Mərdanov: “Dünya Bankının hesabatından nəticə cixarıb ali təhsil alanların sayını kütləvi şəkildə artırmaq düzgün olmaz”
# 22 iyun 2010 10:28 (UTC +04:00)
Bakı.İlhamə İsabalayeva-APA. “Mənə elə gəlir ki, bu gün müəllimlərin attestasiyasına cəmiyyət hazır deyil. Attestasiya keçirməyə başlasaq, hərə bir tərəfdən məsələ qaldıracaq. Bu da bizim müsbət işimizə mənfi təsir göstərəcək”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Nazir deyib ki, müəllimlərin yeni işə qəbul qaydaları müəyyənləşib. Nazir hesab edir ki, bu, elə müəllimlərin attestasiyasını əvəz edir.
Dünya Bankının Azərbaycanda ali təhsilin əhatə dairəsini inkişaf etmiş ölkələrdən geri qalması barədə yaydığı hesabata münasibət bildirən M. Mərdanov deyib ki, Azərbaycan əhalsinin hazırki ali təhsil səviyyəsi normal və realdır: “Məncə, bundan nəticə cixarıb ali təhsil alanların sayını kütləvi şəkildə artırmaq düzgün olmaz. Yalnız ali məktəblərin maddi-texniki bazası gücləndikdən sonra plan yerlərini artırmaq olar”.
Nazir onu da əlavə edib ki, attestatlar pulsuz veriləcək. Onun sözlərinə görə, dövlət ali məktəblərində də diplomlar ödəniçsiz verilməlidir. Özəl ali məktəblərdə isə diplom üçün ən yüksək ödəniş 4 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR