Bank Of Baku

Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərən QHT-lərin işinin koordinasiya olunması qərara alınıb

Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərən QHT-lərin işinin koordinasiya olunması qərara alınıb
# 22 iyun 2010 11:40 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində QHT-lərin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərinə həsr olunmuş ikinci dəyirmi masa keçirilib. Fonddan APA-ya verilən məlumata görə, tədbirdə millət vəkili, tarixçi alim Cəmil Həsənli, millət vəkili “Lider qadınlar” İctimai Birliyini sədri Məlahət İbrahimli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Aydın Kərimov və Qarabağ mövzusunda dövri mətbuatda çıxış edən jurnalistlər iştirak ediblər.
Toplantıda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vətəndaş cəmiyyəti institutlarının rolu və imkanları bir daha müzakirə edilib. Müzakirələrdə Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkədə fəaliyyət göstərən QHT-lər üzrə müəyyən koordinasiyanın yaradılması qərara alınıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında keçirilən I toplantıda irəli sürülən təkliflər bir daha müzakirə edilib və qeyd olunub ki, onların əsasında vahid fəaliyyət proqramının hazırlanması nəzərdə tutulur.

Məlumata görə, Qarabağ həqiqətlərinin təbliğində effektivliyin artırılması üçün QHT-lərin iştirakı ilə yaranacaq yeni koordinasiya qurumunun bu günlərdə adının müəyyənləşəcəyi, məramnaməsinin hazırlanacağı gözlənilir. Qeyd olunub ki, aparılan təbliğat işinə ictimaiyyətin münasibəti və rəyi öyrəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR