Bank Of Baku

Azərbaycanda ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının nəticələrini açıqlanıb

Azərbaycanda ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının nəticələrini açıqlanıb
# 22 iyun 2010 11:42 (UTC +04:00)
Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, imtahanlar iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində keçirilib. İmtahanlarda iştirak etmək üçün 6616 bakalavr qeydiyyatdan keçib. Onlardan 74 nəfəri imtahana gəlməyib. Buraxılış rejimində bakalavrlardan 2 nəfərinin imtahan binasına köməkçi vasitələr keçirməsi aşkarlanıb, onlar imtahana buraxılmayıb. Nəticələr artıq TQDK-nın internet səhifəsində yerləşdirilib. Bakalavrlar topladıqları ballar haqqında məlumatı "İmtahancell" xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir.

Təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testlərdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavablardan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılıb. Tədrisi ingilis dilində olan ixtisaslaşmalar üzrə müsabiqədə iştirak etmək üçün isə bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 100-dən, o cümlədən ixtisas üzrə testlərdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavablardan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılıblar. Tədrisi ingilis dilində olan ixtisaslaşmalar üzrə müsabiqədə iştirak etmək üçün isə bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

Nəticələrə əsasən, 5238 bakalavr ixtisaslaşma seçimində və müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 1578 nəfəri dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçimində və müsabiqədə iştirak edə biləcəklər.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 22-dən 25-dək istədiyi ardıcıllıqla internet səhifəsindəki müvafiq elektron ərizə formasına daxil edib, hər bir ixtisaslaşma üzrə ödənişli əsaslarla və ya dövlət sifarişi əsasında təhsil almaq istədiyini qeyd edib ixtisaslaşma seçimini təsdiqləməlidir.

İxtisaslaşma seçimində hər bir bakalavr 20-dək ixtisaslaşma kodu seçə bilər.

Xatırladaq ki, cari ildə qəbul aparılan ixtisaslaşmalar üçün ayrılmış yerlərin ümumi sayı 5252-dir. Bunlardan 2071-i dövlət sifarişi ilə qəbul aparılan ixtisaslardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR