Bank Of Baku

Geologiya İnstitutu Azərbaycanda tibbi geologiya üzrə tədqiqatlar aparacaq

Geologiya İnstitutu Azərbaycanda tibbi geologiya üzrə tədqiqatlar aparacaq
# 22 iyun 2010 13:06 (UTC +04:00)
Bakı İlhamə İsabalayeva-APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu yeni tədqiqatlar istiqamətini müəyyənləşdirib. Geologiya İnstitutundan APA-ya verilən məlumata görə, yeni istiqamət olan tibbi geologiya üzrə aparılacaq tədqiqatlar bəzi geoloji obyektlərin və proseslərin canlı aləmə, o cümlədən insan səhhətinə təsirini öyrənəcək. İnstitut bu tip tədqiqatlara başlamaq üçün xarici ölkələrin təcrübəsindən istifadə etməyə çalışır. Bu niyyətlə Geologiya İnstitutunun gənc əməkdaşı Fərəh Vəliyeva Tehranda keçirilmiş “Tibbi geologiya” adlı I Beynəlxalq simpoziumda iştirak edib. Gənc alim Türkiyə, Çexiya, Efiopiya, Gürcüstan, Tacikistan, İndoneziya və s. ölkələrin də təmsil olunduğu tədbirdə “Azərbaycanda tibbi geologiyanın problemləri” adlı məruzə ilə çıxış edib.
İnstitutdan bildirilib ki, bu qurum Azərbaycan ərazilərindəki radon qazı ilə bağlı 20 ildir tədqiqatlar aparır. Tibbi geologiya isə Azərbaycanda indiyə kimi öyrənilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR