Bank Of Baku

VII-XI sinifləri üçün çap ediləcək 27 adda dərsliyin fənn proqramlarında dəyişikliklər aparılacaq

VII-XI sinifləri üçün çap ediləcək 27 adda dərsliyin fənn proqramlarında dəyişikliklər  aparılacaq
# 22 iyun 2010 14:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Təhsil Nazirliyində ümumtəhsil məktəblərinin fənn proqramları müəllimləri ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə təhsil naziri Misir Mərdanov 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün 27 adda dərsliyin hazırlanması və tender yolu ilə çapının nəzərdə tutulduğunu bildirib.
Bu fənlər üzrə əsasən 2000-2006-cı illərdə hazırlanmış tədris proqramlarının orta məktəb müəllimlərindən ibarət ekspert qrupları tərəfindən təhlil olunduğunu söyləyən nazir ötən dövrdə həmin fənn proqramları əsasında hazırlanan və çap edilən dərsliklərin məzmununda daha çox proqramdan irəli gələn qüsurlara təsadüf edildiyini nəzərə çatdırıb.
Nazir deyib ki, bəzən dərsliklərdə tədris olunan mövzuların müvafiq ardıcıllıqla verilmir, elmdə mübahisə doğuran məsələlər yer alır, elmin yeni nailiyyətlərin əksini tapmır, iqtisadi həyatda baş verən dəyişikliklər nəzərə alınmır, mövzuların öyrənilməsinə ayrılmış saatların düzgün bölünmür. M. Mərdanov bu kimi halların pedaqoji kollektivlərin haqlı narazılığına səbəb olduğunu qeyd edib.
Təhsil naziri bütün bunları nəzərə alaraq, 2011-2012-ci tədris ilinə hazırlanması və tender yolu ilə çapı nəzərdə tutulan 27 adda dərsliyin fənn proqramlarında orta məktəb müəllimlərinin rəyləri nəzərə alınmaqla dəyişikliklərin aparılmasının zəruriliyini bildirib. Bu istiqamətdə səmərəli nəticələrə nail olmaq üçün bir sıra təklif və tövsiyələrini səsləndirən nazir yeni fənn proqramları hazırlandıqdan sonra onların müvafiq mütəxəssis və müəllimlərin iştirakı ilə müzakirə edilməsinin əhəmiyyətli olacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR