Bank Of Baku

Ağstafaya güclü dolu yağıb

Ağstafaya güclü dolu yağıb
# 23 iyun 2010 07:52 (UTC +04:00)
Ağstafa. Ayxan Hüseynov-APA. Dünən Ağstafa rayonuna yağan dolu rayonun kənd təsərüffatına ciddi ziyan vurub. Bu barədə Apa-nın Qərb bürosuna Ağstafa rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, dünən axşam təxminən 23:00 radələrində başlayan və 15-20 dəqiqə davam edən dolu əksər təsərrüfatlarda meyvə ağacları və əkin sahələri yararsız hala düşüb. Yağıntı rayon mərkəzi ilə yanaşı rayonun Aşağı Göycəli kəndində və bir neçə kənddə də daha intensiv olub.
Sakinlər dolu dənələrinin diametrinin 2 santimetrədək olduğunu bildirirlər. Yağıntıların güclü küləklə müşahidə olunması ilə əlaqədar hal-hazırda rayon mərkəzində elektrik enerjisinin verilişi dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR