Bank Of Baku

Bəhram Xəlilov: “Dövlət qulluğuna qəbul prosesində yeniliklər tətbiq edilib”

Bəhram Xəlilov: “Dövlət qulluğuna qəbul prosesində yeniliklər tətbiq edilib”
# 23 iyun 2010 08:08 (UTC +04:00)
Komissiya sədri bildirib ki, yeniliklərdən biri müsahibə prosesinə müstəqil ekspertlərin cəlb olunması ilə bağlıdır. B. Xəlilov deyib ki, dövlət qulluğuna qəbul proqramında da dəyişiklik edilib: “Bu ilk növbədə test imtahanlarının keçirilməsi ilə bağlıdır. Test imtahanları artıq kompüterlə keçirilir. Namizədlər iki saat yarım ərzində yüz suala cavab verir, imtahan başa çatan kimi onlar nəticələri dərhal əldə edirlər”.

B. Xəlilov onu da deyib ki, keçirilən test imtahanlarının məzmununda da dəyişiklik olunub, ixtisas sualları çıxarılıb, əvəzində isə ilk dəfə olaraq Azərbaycanın tarixinə, coğrafiyasına, geosiyasi vəziyyətə dair suallar daxil olunub: “Digər yenilik isə ondan ibarətdir ki, vakant vəzifələrə keçid balları təsnifatlara görə fərqləndirilib. Altı və yeddinci təsnifatlar üzrə keçid balı səksən, səkkiz və doqquzuncu təsnifatlar üzə keçid balı isə yetmiş bal müəyyən edilib”.
Hazırda Dövlət Komissiyasında 100 ehtiyat kadr olduğunu deyən B. Xəlilov ümumilikdə isə dövlət qulluğunda olan ehtiyat kadrların 60 faizinin indiyə kimi yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, indiyə kimi dövlət qulluqçularının reyestrinə 8000-dək dövlət qulluqçusu haqqında məlumat daxil olunub. Hazırda bu reyestrin proqram təminatının yeniləşdirilməsi üzərində iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR