Bank Of Baku

Azərbaycanın bəzi rayonlarında leysan yağacaq, qərb rayonlarında dolu düşəcək

Azərbaycanın bəzi rayonlarında leysan yağacaq, qərb rayonlarında dolu düşəcək
# 23 iyun 2010 09:00 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gündüz 30-34, axşam 23-25, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

İyunun 24-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 22-24, gündüz 30-34, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

İyunun 25-də gün ərzində havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək. Gecə 21-24, gündüz 30-33 dərəcə isti olacaq.

İyunun 26-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək.
Gecə 21-23, gündüz 31-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 24-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb, şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 20-24, gündüz 31-36, dağlarda gecə 10-14, gündüz 22-27 dərəcə isti olacaq.

İyunun 25 və 26-da, əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək, iyunun 26-da şərq küləyi ilə əvəz olunacaq. Gecə 20-24, gündüz 32-37, dağlarda gecə 10-14, gündüz 22-27 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR