Bank Of Baku

Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı münasibəti ilə konfrans keçirilib

Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı münasibəti ilə konfrans keçirilib
# 23 iyun 2010 09:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Dövlət İdarəçilik Akademiyasında Dövlət Qulluqçularının Peşə Bayramı - Beynəlxalq Dövlət Qulluğu Günü münasibəti ilə “Azərbaycan dövlət qulluğunun hüquqi, mənəvi-psixoloji əsasları” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, Dövlət Qulluğu Məsələləri üzrə komissiyasının sədri Bəhram Xəlilov bildirib ki, “Dövlət qulluğu haqqında” qanunun qəbulundan 10, rəhbərlik etdiyi qurumun yaranmasından isə 5 il keçir. Onun sözlərinə görə, Azərbaycan prezidentinin sərəncamı əsasında 2006-cı ildən 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd olunur.

Komissiya sədri deyib ki, hazırda dövlət qulluğuna müsabiqə davam edir. Dövlət Proqramı çərçivəsində xaricdə oxuyan Azərbaycan vətəndaşları dövlət qulluğuna müsabiqədənkənar qəbul olunurlar. İndiyədək 5 nəfər dövlət proqramı çərçivəsində xaricdə oxuyan şəxs dövlət qulluğuna qəbul üçün müraciət edib və onların hamısı işlə təmin olunub.

B. Xəlilov əlavə edib ki, iyuldan başlayaraq, bütün dövlət qulluqçuları üçün regionlarda təlimlər keçirməyə başlayacaqlar.

Prezident Administrasiyanın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda 2001-ci ildən dövlət qulluğu sisteminə keçid mərhələsi başlayıb. Hazırda respublikada dövlət qulluğu sisteminin formalaşdırılması və dövlət qulluğunda çalışacaq kadrların hazırlanması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Şöbə müdiri qeyd edib ki, ölkə prezidentinin 2008-ci ildən sonra imzaladığı hüquqi sənədlər əsasında dövlət qulluğunun məsuliyyətinin artırılması, dövlət qulluqçularının hüquq və azadlıqlarının müəyyən edilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması, bir sözlə qulluq sisteminin təkmilləşdirilməsi isə bağlı mühüm işlər görülüb və hazırda da bu işlər davam edir.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, artıq Azərbaycanda peşəkar dövlət qulluqçuları ordusu formalaşıb: “Hazırda qulluq sistemində çalışanların təkmilləşdirilməsi istiqamətində dövlət siyasəti həyata keçirilir. Bu gün Azərbaycan hökumətinin qulluq siyasətinin əsas istiqamətləri dövlət qulluğunda çalışanların peşəkarlığının artırılması, onların Azərbaycan cəmiyyətinin tələblərinə uyğun hazırlanmasıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR