Bank Of Baku

Bakıda geoekoloji problemlərə dair ümumrespublika elmi-praktik konfransı keçirilir

Bakıda geoekoloji problemlərə dair ümumrespublika elmi-praktik konfransı keçirilir
# 23 iyun 2010 10:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bakıda geoekoloji problemlərə dair ümumrespublika elmi-praktik konfrans keçirilir.

APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən konfransda akademiyanın prezidenti Mahmud Kərimov çıxış edib. O, Azərbaycanda bu sahədə görülməli olan işlər və baş verən proseslərə elmi yanaşma haqqında danışıb.

Bundan sonra konfrans “Azərbaycanda geoekoloji problemlər, onların tənzimlənməsinin elmi əsasları”, “Kür çayında daşqınlarla əlaqədar yaranan şəraitin tənzimlənməsi”, “Geoekoloji şəraitin formalaşmasına antropogen təsir” və digər mövzularda məruzələrlə davam etdirilib.

Konfrans iki gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR