Bank Of Baku

Zərdab rayonuna yeni polis rəisi təyin olunub

Zərdab rayonuna yeni polis rəisi təyin olunub
# 23 iyun 2010 18:53 (UTC +04:00)
Zərdab. Zahid Abışov-APA. Zərdab rayon polis şöbəsinə yeni rəis təyin olunub. APA-nın Mərkəzi Aran bürosuna Zərdab RPŞ-dən verilən məlumata görə, bu vəzifəyə daxili işlər naziri Ramil Usubovun əmri ilə polis mayoru Elnur Həsənzadə təyin edilib. E.Həsənzadə əvvəllər Bakı şəhərinin polis şöbələrinin birində bölmə rəisi vəzifəsini tutub.

Xatırladaq ki, 2010-cu il aprelin 27-də Daxili İşlər Nazirliyinin Zərdab RPŞ-də apardığı kompleks yoxlamaların nəticəsi olaraq RPŞ-in rəisi polis polkovniki Şahı Səfərəliyev, əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Elçin Mahmudov, İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Bəhruz İbrahimov və Qeydiyyat və Şəxsiyyət vəsiqəsi qrupunun baş inspektoru, polis kapitanı Adil Müzəffərov tutduqları vəzifədən azad edilmişdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR