Bank Of Baku

Balakən rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib

Balakən rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib
# 24 iyun 2010 08:02 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Azərbaycanın Balakən rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib. APA-nın yerli bürosunun məlumatına görə, ötən gün axşam saat 21.00 radələrindən başlayaraq, respublikanın şimal-qərb bölgəsinin Balakən və Zaqatala rayonlarının ərazisinə qısa müddətli güclü külək əsib, yağış yağıb. Qeyri-sabit hava şəraiti Balakən rayonunun Qabaqçöl qəsəbəsində, Katex, Kortala və Püştətala kəndlərinin ərazilərində daha çox müşahidə olunub.
Balakən rayon İcra Hakimiyyəti aparatından APA-nın yerli bürosuna verilən məlumata görə, yuxarıda adı çəkilən kəndlərin ərazisinə qısa müddətli leysan yağışı yağıb. Külək nəticəsində bir sıra yerlərdə ağaclar qırılıb, elektrik dirəkləri aşıb. Hazırda həmin kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Balakən rayon Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları baş verən fəsadları aradan qaldırılması istiqamətində işlər aparır. Günün sonuna kimi kəndlərə elektrik enerjisinin verilməsinin bərpa ediləcəyi gözlənilir.
s
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR