Bank Of Baku

TQDK abituriyentlərə attestatda əks olunmuş məlumatları ərizələrində təsdiq etdirməli üçün xəbərdarlıq edib

TQDK abituriyentlərə attestatda əks olunmuş məlumatları ərizələrində təsdiq etdirməli üçün xəbərdarlıq edib
# 24 iyun 2010 09:07 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Cari ildə attestat alan abituriyentlər elektron ərizələrini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasında attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidirlər. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumi təhsil müəssisələrini 2010-cu ildə bitirən və əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlər müəyyən edilmiş vaxtda “İmtahana buraxılış vərəqə”sini əldə etmək üçün təhsil haqqında sənədinin seriyasını, nömrəsini, verilmə tarixini, fənlər üzrə attestat qiymətlərini elektron ərizəsinə daxil etməlidirlər. Abituriyentlər attestatı elektron ərizəsini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasına təqdim edib attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidir. Yalnız bundan sonra bu abituriyentlər müəyyən edilmiş vaxtda “İmtahana buraxılış vərəqə”sini çap edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR