Bank Of Baku

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 93 akt və protokol tərtib olunub

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 93 akt və protokol tərtib olunub
# 24 iyun 2010 09:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti iyunun ilk yarısında ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə keçirdiyi araşdırmanın nəticələrini açıqlayıb. Nazirlikdən APA-ya bildirilib ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 93 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 15 göstəriş verilib. Ümumilikdə 24 iş üzrə 18635 manat məbləğində cərimə tətbiq edilib, ondan 6389 manat ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR