Bank Of Baku

Azərbaycanın şimal rayonlarında hava şəraiti kəskin pisləşib

Azərbaycanın şimal rayonlarında hava şəraiti kəskin pisləşib
# 24 iyun 2010 14:10 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. Günün ikinci yarısından etibarən Azərbaycanın şimal rayonlarında hava şəraiti kəskin şəkildə dəyişib. APA-nın şimal bürosunun xəbərinə görə, temperatur 4-8 dərəcə aşağı düşüb. Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-ya verilən məlumata görə, şimal istiqamətindən Azərbaycan ərazisinə daxil olan soyuq hava kütləsi nəticəsində ötən axşamdan başlayaraq, Quba və Qusar rayonlarının dağlıq ərazilərinə leysan yağışları yağmağa başlayıb. Qusar rayonuna 20 mm. yağıntı düşüb. Bu gün saat 16.00-dan başlayaraq Qubanın Xaltan, Qırız, Xınalıq kəndlərinə fasilələrlə güclü leysan yağışı yağır. Bölgədə, həmçinin saniyədə 12 sm. sürətlə külək əsir. Xaçmazda küləkli-yağışlı hava şəraiti müşahidə olunur. Quba-Xaçmaz yolunda güclü külək ağacların budaqlarını qopararaq yerə atdığından avtomobillərin hərəkəti çətin, həm də təhlükəli hal alıb. Hidrometeoroloqlar qeyri-sabit hava şəraitinin iyunun 26-dək davam edəcəyini bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR