Bank Of Baku

Azərbaycanda Qarabağ İctimai Forumu yaradılıb

Azərbaycanda Qarabağ İctimai Forumu yaradılıb
# 24 iyun 2010 14:38 (UTC +04:00)
APA-nın məlumatına görə, Milli Məclisin deputatları Cəmil Həsənli, Sabir Rüstəmxanlı, “Lider qadınlar” İctimai Birliyini sədri, millət vəkili Məlahət İbrahimli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Azəri-Türk” Qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı, “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi, Milli İnternet Forumunun rəhbəri Osman Gündüz, Vətəndaş cəmiyyəti uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov, “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun iştirakı ilə keçirilən tədbirdə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vətəndaş cəmiyyəti institutlarının rolu və imkanları müzakirə edilib.
Yığıncaqda Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkədə fəaliyyət göstərən QHT-lər üzrə müəyyən koordinasiyanın yaradılması təklifi irəli sürülüb.

Müzakirələrdən sonra Qarabağ İctimai Forumunun yaradılması (QİF) barədə qərar qəbul edilib. Forumun gələcək fəaliyyətinin prioritetlərini nizamlayan Əsasnamə qəbul olunub. Əsasnaməyə görə, forumun rəhbəri növbəlilik əsasında 1 il müddətinə rotasiya yolu ilə seçilir və forumun işləri onun rəhbəri tərəfindən əlaqələndirilir. Açıq səsvermədən sonra QİF-in rəhbəri Umud Rəhimoğlu seçilib.

Tədbirdən sonra isə U. Rəhimoğlu jurnalistlərə verdiyi açıqlamada bildirib ki, bu qurum Qarabağ müharibəsi ilə bağlı təbliğat işlərinin yeni müstəvidə aparılması, problemin daha da aktuallaşdırılması və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üsullarının təkmilləşdirilməsi məqsədilə fəaliyyət göstərəcək. U. Rəhimoğlu deyib ki, dövlət orqanları və Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə əlaqəli şəkildə fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR